0
Monday 17 August 2020 - 23:34

Çin: ABŞ İranın nüvə proqramı ilə bağlı məntiqli davranmalıdır

Story Code : 880916
Çin: ABŞ İranın nüvə proqramı ilə bağlı məntiqli davranmalıdır
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lician ölkəsinin Vladimir Putinin İranla bağlı təklifini müsbət qarşıladığını bildirib. Rusiya prezidenti Vladimir Putin İranın nüvə problemi ilə əlaqədar Təhlükəsizlik Şurası ölkələrinin problem yaşamasını önləmək üçün toplantı keçirmək barədə təklif irəli sürülüb.

Çinli rəsmi İrana qarşı silah embarqosu layihəsinin təsdiqlənməməsinə toxunaraq əlavə edib: "ABŞ-ın qətnaməsinin təsdiqlənməməsi bir daha göstərdi ki, birtərəflili hərəkət edənlər toplumun dəstəyini qazana bilmir. Hegemonluğa arxalanaraq təkbaşına qərarlar qəbul etmək nəticəsizdir!"

Jao Lician deyib: "Artıq Birləşmiş Ştatlar İrana qarşı birtərəfli sanksiyalara son qoymalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət edərək məntiqli davranmalıdır."

Çin XİN sözçüsü Vladimir Putinin təklifinə toxunaraq əlavə edib: "Bütün tərəflərlə sıx münasibəti qoruyaraq əməkdaşlıq etməklə İranın nüvə məsələsi ilə bağlı siyasi həll yolu tapmağa hazırıq..."
Source : IslamTimes