QR CodeQR Code

Ayətullah Cənnəti: BƏƏ hakimlərinin xəyanəti müsəlmanların yaddaşından silinməyəcək!

IslamTimes , 17 Aug 2020 23:41

İslamTimes: Ekspertlər Şurasının sədri Ayətullah Cənnəti BƏƏ-nin sionist rejimlə normal əlaqələr yaratmasını məhkum edib


İranda ali dini lideri seçən Ekspertlər Şurasının sədri Ayətullah Əhməd Cənnəti işğalçı İsrail ilə münasibətlərin normallaşdırılması planı əsasında BƏƏ-nin sionist rejimlə normal əlaqələr yaratmasını məhkum edib və bu addımın nəticələri barədə xəbərdarlıq edib.

Ayətullah Cənnəti deyib: 

"Bu günlərdə Birləşmiş Ərəb Əmirliyinin işğalçı İsraillə normal əlaqələr qurması qərarı dünya müsəlmanlarının, o cümlədən məzlum Fələtin xalqının böyük narahatçılığına səbəb olub. Şübhəsiz ki, BƏƏ hakimlərinin bu strateji səhvi müsəlmanların zehnindən silinməyəcək. Bu utancverici ləkə daim BƏƏ hakimlərinin alnında qalacaq!

Bu biabırçı razılaşma zalımlar qarşısında əyilmək, məntəqədəki sabitliyi təhlükə altına atmaq və Məscidül-Əqsaya xəyanət etmək deməkdir..."

Ayətullah Cənnəti BƏƏ-nin bu qərarını məhkum edərək deyib: "Məntəqə xalqları sayıq olmalıdır. Allahın vədəsinə görə sonda qələbə haqq cəbhəsinə, Hizbullaha, məğlubiyyət isə batil cəbhəsinə və şeytan ordusuna məxsus olacaq. Bu zülm gec-tez sizin özünüzü də yaxalayacaq!"


Story Code: 880917

News Link :
https://www.islamtimes.org/az/news/880917/ayətullah-cənnəti-bəə-hakimlərinin-xəyanəti-müsəlmanların-yaddaşından-silinməyəcək

Islam Times
  https://www.islamtimes.org