0
Tuesday 18 August 2020 - 06:40

Çində koronavirus əleyhinə peyvənd üçün ilk dəfə patent hüququ verilib

Story Code : 880937
Çində koronavirus əleyhinə peyvənd üçün ilk dəfə patent hüququ verilib
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə idarənin saytında dərc edilmiş sənəddə əks olunub.

İyun ayının əvvəlində “Ad5-nCoV” peyvəndinin bir il müddətinə ölkədə hərbi istifadəsi üçün xüsusi icazə alınıb. 

Bildirilib ki, siçan və donuzlar üzərində aparılmış tədqiqatın nəticələrinə görə, peyvənd qısa müddətdə orqanizmdə hüceyrələrin intensiv immun reaksiya verməsinə imkan verir. 

Nəticədə 14 gün sonra “nCoV” ağciyər toxumasının daxilində olan virus yükü əhəmiyyətli dərəcədə azalır. 

Bundan əlavə, peyvəndin asan və tez hazırlanması qeyd olunur ki, bu da vaksinin qısa müddətdə kütləvi istehsal olunmasına imkan verəcək.