0
Tuesday 18 August 2020 - 07:02

Tramp Ərdoğanın yalnız onu dinlədiyini bildirdi

Story Code : 880938
Tramp Ərdoğanın yalnız onu dinlədiyini bildirdi
Axar.az xəbər verir ki, Ağ Ev rəhbəri Baydenin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan kimi əcnəbi liderlərlə bacara bilməyəcəyini iddia edib.

“Ərdoğan kimi əcnəbi liderlər birinci dərəcəli şahmat oyunçusudur. Mən onların hamısını tanıyıram. Hamısı ilə yaxşı anlaşırıq. Türkiyədən Ərdoğan... Hamısı... Onlarla bacara bilməyəcək zehini imkanlardan məhrum ABŞ prezidenti olmamalıdır”, - deyə Tramp bildirib.

Tramp iddia edib ki, ötən həftə dünya liderləri ondan Ərdoğana zəng etməyini xahiş edib:

“Nə üçün" -deyə soruşdum? Onlar isə “O, ancaq səni dinləyər, bizi eşitmir. "Bu, ABŞ üzündən belədir" deyə soruşduqda, “Xeyr, sənin xarakterin səbəbindən... O, tək səni dinləyir. Çünki o xarakter yalnız səndə var. Onunla (Ərdoğan) razılaşa bilirsən”.

Qeyd edək ki, ABŞ Prezidentliyinə namizəd Co Bayden Ərdoğana qarşı müxaliflər və terrorçuların dəstəklənməsinin vacibliyini vurğulayıb.