0
Tuesday 18 August 2020 - 09:59

Rusiya ilə bu ölkədə birgə işləyə bilərik - Türkiyə

Story Code : 880971
Rusiya ilə bu ölkədə birgə işləyə bilərik - Türkiyə
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalin "Əl-Cəzirə"yə müsahibəsində bildirib.

"Türkiyə Qətər və bəzi ölkələrlə birgə Liviyadakı qanuni hakimiyyətə dəstək olmaq üçün oradadır. Liviyanın parçalanmasına şiddətlə qarşı çıxırıq və hərbi müdaxilənin tərəfdarı deyilik", - o qeyd edib.

O bildirib ki, Türkiyənin Liviyada Misir və ya digər ölkələrlə qarşı-qarşıya gəlmək istəyi yoxdur:

"Ən böyük narahatlığımız isə Liviyada Rusiyanın "Vaqner" kimi təşkilatının muzdlu döyüşçülərinin olması, eyni zamanda BƏƏ-nin Haftarı dəstəkləmək üçün pulla tutduğu əsgərlərdir".