QR CodeQR Code

İllər sonra Hizbullaha qarşı ittihamların böhtan olduğu üzə çıxdı!

18 Aug 2020 15:48

İslamTimes: BMT-nin dəstəklədiyi Niderlanddakı Xüsusi Tribunal Livanın sabiq Baş Nazirinin Rafiq Həririnin sui-qəsdində “Hizbullah”ın rolunun olmadığı barədə qərar çıxarıb.


APA-nın "Associated Press"ə istinadən verdiyi xəbərə görə, tribunala sədrlik edən hakim R. Həririyə qarşı sui-qəsddə iştirak etməkdə günahlandırılan “Hizbullah”ın dörd üzvü barədə hökmü elan edib.

Hakim bildirib ki, şəxslərə qarşı təqdim olunan dəlillər sadəcə ikinci dərəcəlidir və onların günahkar olduğunu sübut etmir. Hakim sui-qəsdin mürəkkəb siyasi motivlərinin olduğuna diqqət çəkərək deyib ki, R. Həriri Suriya və “Hizbullah”ın Livanda təsirinin azaldılmasında maraqlı olub. 

“Hakimlərin nöqteyi-nəzəri bundan ibarətdir ki, Suriya və “Hizbullah” Livanın Rafiq Həriri və onun bəzi siyasi müttəfiqlərinin aradan götürülməsində maraqlı ola bilərdilər. Lakin “Hizbullah”ın və ya Suriyanın sui-qəsddə iştirak etdiyinə dair heç bir sübut yoxdur”, - deyə hakim qeyd edib. 

Xatırladaq ki, 2005-ci ildə Beyrutda baş verən partlayışda R. Həriri ilə yanaşı 21 nəfər həlak olub.


Story Code: 881044

News Link :
https://www.islamtimes.org/az/news/881044/illər-sonra-hizbullaha-qarşı-ittihamların-böhtan-olduğu-üzə-çıxdı

Islam Times
  https://www.islamtimes.org