0
Tuesday 18 August 2020 - 18:00

Qantz və Eşkenazi F-35 qırıcılarının BƏƏ-yə satılmasına qarşıdır

Story Code : 881055
Qantz və Eşkenazi F-35 qırıcılarının BƏƏ-yə satılmasına qarşıdır
İşğalçı İsrail rejiminin baş baziri və Təhlükəsizlik nazirinin BƏƏ-yə F-35 qırıcıları satılacağı xəbərini təkzib etməsindən sonra sionist rejimin müdafiə naziri Beni Qantz da bu xəbərlərə reaksiya verib. 

İsrail KİV-i BƏƏ-nin İsrail ilə münasibətləri normallaşdırılması müqabilində ABŞ-ın BƏƏ-yə F-35 qırıcıları satacağını yazıb.

"Yediot Aharonot" qəzetinin bildirdiyinə görə bel nahiyəsindən əməliyyat olan Beni Qantz xəstəxanadan çıxdıqdan sonra jurnalistlərin BƏƏ-yə F-35 qırıcıları satılması haqda sualını cavablandırıb. O bu haqda məlumatlara sahib olduğunu inkar etmədən deyib: "Mən BƏƏ ilə diplomatik münasibətlər qurulmasını dəstəkləyirəm. Amma İsrailin mənafelərini qorumaq lazımdır. Biz məntəqədə üstünlüyümüzün qorunduğundan əmin olmağa və onu saxlamağa çalışacağıq."

Bununla yanaşı İsrailin xarici işlər naziri Qabi Eşkenazi də bu mövzu haqda çıxış edərək deyib: "Biz BƏƏ ilə razılaşmada Təhlükəsizlik məsələləri ilə bağlı heç bir vədi rəsmi olaraq tanımırıq! Əgər bir vədə verilibsə də bizdən (Mavi Bəyaz Partiyası) xəbərsiz verilib."
Source : IslamTimes