QR CodeQR Code

Mişel Aun: Hizbullah Beyrutdakı partlayışın səbəbkarı ola bilməz!

IslamTimes , 18 Aug 2020 18:32

İslamTimes: Livan prezidenti bildirib ki, Beyrut limanındakı partlayışa Hizbullaha məxsus silahların səbəb olması imkansızdır


Livan prezidenti Mişel Aun, İtaliya qəzetinə verdiyi müsahibədə deyib: "Beyrut limanında baş verən partlayışın Hizbullaha məxsus silah-sursat anbarının partlaması nəticəsində baş verməsi mümkün deyil. Amma buna baxmayaraq bütün ehtimallar araşdırılır.

O əlavə edib: "Hizbullahın Beyrut limanında heç bir silah anbarı olmayıb."

Mişel Aun bildirib ki, bu gün təhqiqatlarda əsas diqqət mərkəzində olan məsələ partlayışın səhlənkarlıq səbəbindən, yoxsa xarici müdaxilə nəticəsində baş verməsi ilə bağlıdır.

Prezident deyib: "Bir çoxları partlayışdan öncə liman səmasında təyyarələr göründüyü barədə danışır, amma bu xəbərlər çox da etibarlı deyil."


Story Code: 881057

News Link :
https://www.islamtimes.org/az/news/881057/mişel-aun-hizbullah-beyrutdakı-partlayışın-səbəbkarı-ola-bilməz

Islam Times
  https://www.islamtimes.org