QR CodeQR Code

Rusiya və Suriya hərbçiləri Suriyada minaya düşdü

IslamTimes , 18 Aug 2020 21:57

İslamTimes: Rusiya konvoyu Suriyada əməliyyatdan geri qayıdan zaman partlayış törədilib


"RussiaToday"-in verdiyi məlumata görə Rusiya Müdafiə Nazirliyi Suriyanın Deir əl-Zur şəhərində yoluna kənarında quraşdırılmış bombanın partlaması nəticəsində bir rus hərbçisinin həlak oduğu, iki hərbçinin isə yaralandığı barədə xəbər yayıb.

Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, Rusiya hərbi konvoyu humanitar bir əməliyyatdan qayıdan zaman bu hadisə baş verib.

Məlumata görə həlak olan hərbçi general rütbəli hərbi müşavir olub. Rusiya Müdafiə Nazirliyi generalın ailəsinə hərtərəfli yardım ediləcəyini bildirib.

Qeyd edək ki, İnsan Haqqlarının Müdafiəsi təşkilatı da Suriya dövlətinə bağlı 8 hərbçinin Deir əl-Zur şəhərində mina partlaması nəticəsində həlak olduğunu bildirib.

Son günlərdə İsrail və ABŞ qırıcıları da Suriya ordusunun mövqelərinə zərbələr endirərək, Suriyada çətin günlər yaşayan terrorçulara yeni nəfəs verməyə çalışır.


Story Code: 881102

News Link :
https://www.islamtimes.org/az/news/881102/rusiya-və-suriya-hərbçiləri-suriyada-minaya-düşdü

Islam Times
  https://www.islamtimes.org