0
Wednesday 19 August 2020 - 07:16

Biz bununla ölkəmizi məhv edəcəyik - Lukaşenko

Story Code : 881151
Biz bununla ölkəmizi məhv edəcəyik - Lukaşenko
Axar.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Lukaşenko deyib ki, müxalifətin proqramında Belarusun AB və NATO üzvü olması haqda danışılır:

“Ukraynada “demokratiyanı” hardasa 10 ilə yaxındır qurublar, ancaq heç kim onları NATO və AB-yə götürmədi. Orda heç kim heç kimi gözləmir. Bizi isə ümumiyyətlə gözləyən yoxdur! Biz sadəcə bununla öz ölkəmizi məhv edəcəyik”.

Lukaşenko deyib ki, bir müddət əvvəl ABŞ mediasında “Üç dəniz ittifaqı” haqda nəzəriyyə peyda olmuşdu:

“Baltik, Qara dəniz və Adriatik. Rusiya orda yoxdur, Serbiya da, ancaq Belarus var. Bizi artıq ora daxil ediblər.

Bir daha vurğulayıram: yaxın vaxtlarda bu məsələləri analiz edib, xalqa fəaliyyət istiqamətinin hesabatını verəcəyik”.

Lukaşenko bildirib ki, onlar olduqca koordinasiyalı hərəkər edirlər – yeni seçki, xaos, tətil:

“Dövlət qulluqçularının, hərbçilərin, milisin, media üzvlərinin ailəsini “boğmağa” başladılar. Biz bunları görürük və qətiyyən sakit deyilik”.