QR CodeQR Code

Biz bununla ölkəmizi məhv edəcəyik - Lukaşenko

19 Aug 2020 07:16

İslamTimes: Heç kim Belarus və Ukraynanı Avropa Birliyi və NATO-da gözləmir.


Axar.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Lukaşenko deyib ki, müxalifətin proqramında Belarusun AB və NATO üzvü olması haqda danışılır:

“Ukraynada “demokratiyanı” hardasa 10 ilə yaxındır qurublar, ancaq heç kim onları NATO və AB-yə götürmədi. Orda heç kim heç kimi gözləmir. Bizi isə ümumiyyətlə gözləyən yoxdur! Biz sadəcə bununla öz ölkəmizi məhv edəcəyik”.

Lukaşenko deyib ki, bir müddət əvvəl ABŞ mediasında “Üç dəniz ittifaqı” haqda nəzəriyyə peyda olmuşdu:

“Baltik, Qara dəniz və Adriatik. Rusiya orda yoxdur, Serbiya da, ancaq Belarus var. Bizi artıq ora daxil ediblər.

Bir daha vurğulayıram: yaxın vaxtlarda bu məsələləri analiz edib, xalqa fəaliyyət istiqamətinin hesabatını verəcəyik”.

Lukaşenko bildirib ki, onlar olduqca koordinasiyalı hərəkər edirlər – yeni seçki, xaos, tətil:

“Dövlət qulluqçularının, hərbçilərin, milisin, media üzvlərinin ailəsini “boğmağa” başladılar. Biz bunları görürük və qətiyyən sakit deyilik”.


Story Code: 881151

News Link :
https://www.islamtimes.org/az/news/881151/biz-bununla-ölkəmizi-məhv-edəcəyik-lukaşenko

Islam Times
  https://www.islamtimes.org