0
Wednesday 19 August 2020 - 10:52

"Susacağımız halda ABŞ hansı maşınlardan istifadə edə biləcəyimizi də bizə diktə edəcək"

Story Code : 881199
"Susacağımız halda ABŞ hansı maşınlardan istifadə edə biləcəyimizi də bizə diktə edəcək"
Axar.az xəbər verir ki, belə bir bəyanatla Almaniyanın Meklenburq-Pomerania federal əyalətinin baş naziri Manuela Şveziq çıxış edib.

Onun sözlərinə görə, Vaşinqton Almaniyaya hansı enerji mənbələrindən istifadə edəcəyini diktə edə bilməz.

"Bu cür müdaxilələrə icazə versək, ABŞ növbəti addımda hansı maşınlardan istifadə edə biləcəyimizi də bizə diktə edəcək. Belə olmayacağına kimsə zəmanət verə bilər?" - Manuela Şveziq bildirib.

Baş nazir Almaniyanın Şimal axını-2 ilə veriləcək qaza ehtiyacı olduğunu da qeyd edib.

Şveziqin sözlərinə görə, bu layihə olmasa, yeganə alternativ ABŞ-ın bahalı qazı olacaq.