QR CodeQR Code

“Sonu çatıb” – Almaniyadan şok açıqlama

19 Aug 2020 11:32

İslamTimes: Almaniya Bundestaqının (parlament) aşağı palatasının rəhbəri Volfqanq Şoybl rəsmi Minski dinc aksiya iştirakçılarına qarşı güc tətbiq etməməyə çağırıb.


Teleqraf.com xəbər verir ki, palata rəhbəri hazırkı Belarus hakimiyyətinin geri çəkilməli olduğunu deyib.

“Sonu gəlibsə, daha yaxşı olardı ki, zorakılığı dayandırmaq üçün bir yol tapsın. Belarusdakı rejimin sona çatdığı açıqdır” – Şoybl bildirib.

O, həmçinin qeyd edib ki, Avropa İttifaqı insan hüquqlarına və demokratiyaya hörmət etdiyini göstərmək üçün bütün imkanlarından istifadə etməlidir: “İnsan haqları, demokratiya prinsipi tərəfdarı olduqda, bu, nə Rusiyaya, nə də başqasına qarşı yönəlir”.

Volfqanq Şoybl mövcud vəziyyəti qeyri-zorakı metodlarla həll etməyi vacib hesab edir.


Story Code: 881205

News Link :
https://www.islamtimes.org/az/news/881205/sonu-çatıb-almaniyadan-şok-açıqlama

Islam Times
  https://www.islamtimes.org