QR CodeQR Code

"Əl-Kazimi amerikalıların İraqda qalmasına razı olsa, istefa verməlidir!"

IslamTimes , 19 Aug 2020 17:25

İslamTimes: "Baş nazir parlamentin ABŞ qoşunlarının İraqı tərk etməsi ilə bağlı qətnaməsinə əməl etməlidir."


Nuri əl-Malikinin rəhbərlik etdiyi "Dövlətul-Qanun" Koalisiyasının nümayəndəsi Abdul Hadi əl-Sədavi Baş nazir Mustafa əl-Kaziminin xarici qoşunların İraqda qalmasına razılıq verə biləcəyi barədə xəbərlərə münasibət bildirib.

"Əl-Məlumə" informasiya agentliyinin verdiyi məlumata görə, İraq televiziyasına müsahibə verən Əl-Sədavi deyib: "Baş nazir parlamentin ABŞ qoşunlarının İraqı tərk etməsi ilə bağlı qətnaməsinə əməl etməlidir. Beynəlxalq koalisiya qüvvələri İraqı tərk etməli, ABŞ hərbi bazaları boşaldılmalıdır."

O əlavə edib: "İraq hökuməti bütün silah və texnikaları ilə Amerikalıların İraqda qalmasına razılıq versə, parlament baş naziri vəzifəsindən uzaqlaşdırılmalıdır."

İraqlı rəsmi Əl-Kaziminin Kürdüstan bölgəsinə qarşı qərarlarını da tənqid edib. Kürdüstan rəhbərliyi mərkəzi hakimiyyət qarşısında öhdəliklərinə əməl etmədiyi halda baş nazir Ərdbilə maddi dəstək ayırıb.

Dünən İraqın Əl-Sadiqun parlament fraksiyasının üzvü Əbdül Əmir Təiban da Mustafa əl-Kaziminin vəzifədən uzaqlaşdırılması üçün siyasi qruplara müraciət edib. O bildirib ki, ABŞ-ın maraqlarına xidmət etməyən biri baş nazir postuna seçilməlidir.

Bu gün səhər İraq Baş naziri nümayəndə heyəti ilə birlikdə Vaşinqtona səfər edib. O ABŞ-da iki günlük səfəri çərçivəsində yüksək səviyyəli rəsmilərlə görüşdən sonra sabah Donald Trampla bir araya gəlməlidir.
 


Story Code: 881269

News Link :
https://www.islamtimes.org/az/news/881269/əl-kazimi-amerikalıların-iraqda-qalmasına-razı-olsa-istefa-verməlidir

Islam Times
  https://www.islamtimes.org