QR CodeQR Code

İraq XİN başçısı: İranla möhkəm əlaqələrimiz var!

IslamTimes , 19 Aug 2020 19:57

İslamTimes: İraq XİN başçısı Pompeonu məyus edib.


İraq xarici işlər naziri Fuad Hüseyn Amerikaya səfəri çərçivəsində ABŞ dövlət katibi Mayk Pompeo ilə müştərək mətbuat konfransında iştirak edib. Pompeo İrana qarşı "tətik mexanizmi"nin bütün ölkələr üçün səmərəli ola biləcəyindən söz açdıqdan sonra İraq XİN başçısı Pompeonu məyus edib. Fuad Hüseyn deyib: "İran ilk öncə qonşu ölkədir. Bu səbəbdən İraqla İran arasında coğrafi, tarixi, mədəni və iqtisadi bağlar mövcuddur."

İraq XİN başçısı əlavə edib: "İraqın xarici siyasəti bu ölkənin maraqlarına uyğun hesablanıb. Biz qonşularımızla isti münasibətlər qurmaq istəyirik. Heç kəs İraqın daxili işlərinə qarışmır və İraqa aid qərarlar yalnız iraqlılar tərəfindən verilir."

Fuad Hüseyn daha sonra deyib: "Biz ilk öncə İraqın siyasətindən bəhs edirik, mən bura Amerikanın siyasətləri barədə nəzər vermək üçün gəlməmişəm. Biz ABŞ-ı müttəfiq olaraq görürük və bu ittifaqı qorumaq və dərinləşdirmək üçün çalışmalıyıq."

Fuad Hüseyn sonda əlavə edib: "ABŞ və İraq İŞİD-ə qarşı ortaq bir səngərdə qərarlaşıb, terrorçularla mübarizə aparır. Bu gün terrorizmlə mübarizədə bu əməkdaşlığın davam etdirilməsi barədə müzakirə apardıq."


Story Code: 881302

News Link :
https://www.islamtimes.org/az/news/881302/iraq-xin-başçısı-iranla-möhkəm-əlaqələrimiz-var

Islam Times
  https://www.islamtimes.org