QR CodeQR Code

İranda silah qaçaqmalçıları həbs edildi

20 Aug 2020 01:07

İslamTimes: İranın Əlborz, Tehran, Kirmanşah, Lorestan, Sistan-Bəlucistan, Qərbi Azərbaycan, İsfahan və Kirman vilayətlərində silah qaçaqmalçılığına qarşı əməliyyatlar keçirilib.


Teleqraf.com xəbər verir ki, xüsusi əməliyyat nəticəsində xaricdən ölkəyə qaçaqmalçılıq yolu ilə silah gətirilməsinin qarşısı alınıb.

Qeyd olunub ki, əməliyyatlar zamanı 20 nəfər həbs edilib. Onların evlərində və iş yerlərində aparılan axtarış zamanı çox sayda silah-sursat aşkar edilərək götürülüb.

Açıqlamada diqqətə çatdırılıb ki, nazirlik bu istiqamətdə fəaliyyətini davam etdirir və İrana qarşı istifadəsi nəzərdə tutulan silahların ölkə ərazisinə daxil olmasına imkan verməyəcək.


Story Code: 881363

News Link :
https://www.islamtimes.org/az/news/881363/iranda-silah-qaçaqmalçıları-həbs-edildi

Islam Times
  https://www.islamtimes.org