QR CodeQR Code

Ərdoğanın cümə günü açıqlayacağı sürpriz deşifrə oldu?

20 Aug 2020 09:59

İslamTimes: Ərdoğan cümə günü müjdəni verəcək, ancaq biz... - Doğu


Müjdəni verməyi hörmətli Prezidentimizə buraxaq, amma Zonquldağ sahillərində təbii qaz tapıldığını biz də son 1-2 gün ərzində öyrəndik.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçək çıxış edib.

"Blumberq" agentliyinin yaydığı xəbəri şərh edən D.Perinçək deyib:

"Cümə gününü gözləmədən proqramda yaxşı xəbər elan edildi. Zonquldağ sahillərində karbohidrogen yataqları və təbii qazın olduğunu öyrəndik. Ancaq Prezidentimiz müjdəni özü verəcək, icazə verin, bu yaxşı xəbərin nə olduğu barədə bir açıqlama yaymayaq".

Qeyd edək ki, "Blumberq agentliyi Türkiyənin Qara dənizdə enerji mənbələri tapdığı barədə məlumat yayıb. Bundan öncə isə Prezident Rəcəb Tayyib Ərdoğan açıqlamasında cümə günü yeni xəbəri ictimaiyyətlə bölüşəcəklərini bəyan edib.


Story Code: 881417

News Link :
https://www.islamtimes.org/az/news/881417/ərdoğanın-cümə-günü-açıqlayacağı-sürpriz-deşifrə-oldu

Islam Times
  https://www.islamtimes.org