QR CodeQR Code

Tramp təsdiqlədi: BƏƏ F-35 almaq istəyir

20 Aug 2020 11:22

İslamTimes: BƏƏ F-35 qırıcılarını almaq istəyir və bu məsələni araşdırırıq.


Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O, BƏƏ-nin bu qırıcıları almaq üçün pulunun olduğunu bildirib:

“Bu, yaxşı haldır. Çünki bir çox ölkələrlə 10 sentlik müqavilə imzalayırıq, istədiklərini veririk, sonra pulları olmadığı üçün ödəniş etmirlər. BƏƏ F-35 qırıcılarını satın almaq istəyir. Nə olacağını görəcəyik. Məsələni araşdırırıq”.

Qeyd edək ki, BƏƏ-nin İsraillə müqaviləsinin "əvəzi" olaraq ABŞ-ın bu ölkəyə F-35-lər sata biləcəyi iddia edilmişdi.


Story Code: 881428

News Link :
https://www.islamtimes.org/az/news/881428/tramp-təsdiqlədi-bəə-f-35-almaq-istəyir

Islam Times
  https://www.islamtimes.org