0
Thursday 20 August 2020 - 13:30

Çin: ABŞ-ın İrana qarşı bu tələbi qanunsuzdur!

Story Code : 881451
Çin: ABŞ-ın İrana qarşı bu tələbi qanunsuzdur!
ABŞ dövlət katibi Mayk Pompeonun BMT baş katibi ilə görüşərək İrana qarşı beynəlxalq sanksiyaların "tətik mexanizmi"nin işə salınması ilə geri qaytarılmasını istəməsi Çin hökumətinin sərt reaksiyası ilə qarşılaşıb.

Sputnik-in məlumatına görə, Çin Xarici İşlər Nazirliyi bu gün Vaşinqtonun Tehrana qarşı sanksiyaların qaytarılması tələbini qınayan bir bəyanat verərək, ABŞ prezidentinin özünün İranın nüvə sazişindən çıxaraq bu hüququ itirdiyini bildirib.

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Jao Lician mətbuat konfransında deyib: "Biz dəfələrlə demişik ki, ABŞ hazırda HBFP sazişini tərk etdiyi üçün BMT-in İrana qarşı sanksiyalarını bərpa etmək hüququna sahib deyil!"  

Qeyd edək ki, ABŞ 2018-ci ildə İranla Avropa arasında imzalanmış nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planınından (HBFP) çıxıb. Bundan sonra ABŞ hökuməti İslam İnqilabı Keşikçiləri Korpusunu "terrorçu" təşkilatlar siyahısına yerləşdirərək, Qüds Qüvvələri generalı Qasim Slüeymanini terror edərək İranın 5+1 qarşısındakı ödəliklərini pozması üçün bu ölkəni təhrik etməyə başlayıb. Amma İran İslam Respublikası ABŞ-ın bütün qanunsuz fəaliyyətlərinə baxmayaraq AB ilə sazişə hörmətlə yanaşıb və öhdəçiliklərini yerinə yetirib.

Bu gün ABŞ İrana qarşı sanksiyaların bərpasına çalışsa da Avropa ölkələri rəsmi Vaşinqtonun bu istəyinə mane olur.
Source : IslamTimes