0
Thursday 20 August 2020 - 14:23

Obama: Tramp prezidentlik üçün çox yanlış seçimdir!

Story Code : 881464
Obama: Tramp prezidentlik üçün çox yanlış seçimdir!
Sabiq ABŞ prezidenti Barak Obama dünən axşam "Demokratik Milli Konvensiya” üzvlərinin toplantısında çıxışı zamanı Donald Trampı prezidentlik vəzifəsinə "uyğun olmayan" bir seçim adlandırıb. Obama ABŞ-da demokratiyanın yaşamasını təmin etmək üçün Co Baydenə səs verməyin vacib olduğunu bildirib.

Sabiq prezident deyib: "Onda (Trampda) iş görməyə zərrə qədər maraq görmür. Trampın ortaq nəticəyə varmaq, dostu olmayan birinə kömək etmək üçün əlindəki gücdən istifadə etmək istəyi yoxdur. O, prezidentlikdən yalnız özünü diqqət mərkəzində saxlamaq üçün istifadə edir."

Obama Trampın ilk prezidentlik dövründə onu birbaşa tənqid etməkdən çəkinsə də, bu günlərdə artıq onun haqqında açıq tənqidi fikirlər səsləndirməyə başlayıb. Tramp isə elə ilk günlərdən Obamaya qarşı heç bir əsası olmayan iddialar səsləndirib."

Ötən gecə Obama Trampın yanlış siyasətlər yürüdərək 170.000 amerikalının koronavirusa yoluxaraq həlak olmasına səbəb olduğunu bildirib. O deyib ki, Tramp milyonlarla iş yerinin bağlanmasına və ölkədə ciddi iqtisadi tənəzzül yaşanmasına səbəb olub. O həmçinin Trampın qərarlarının daxildə və xaricdə ABŞ-ın demokratik prinsiplərini sarsıtdığını vurğulayıb.

Obama sonda Amerika xalqını Baydenə səs verməyə çağırıb və deyib: "Demokratiya prinsiplərinin qorunub saxlanılmasını istəyirsinizsə, o zaman Co Baydenə səs verin!"
Source : IslamTimes