QR CodeQR Code

HƏMAS: “Raketə raketlə, atəşə atəşlə cavab verəcəyik”

Deyerler , 20 Aug 2020 15:33

Islamtimes - HƏMAS-ın yüksək rütbəli üzvü, hərəkatın sionist təhdidlərindən qorxmadığını və raketə raketlə, atəşə atəşlə cavab verəcəyini söyləyib. HƏMAS-ın siyasi büronun üzvü Xəlil əl-Həyya, çərşənbə günü "Münasibətləri normallaşdırmaq xəyanətdir" adlı Fələstin qrupların mitinqi zamanı, "Müqavimət sionist rejimin təhdidlərindən qorxmur", - deyə bildirib.


"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, Əl-Haya, sionist rejiminin bütün seçkiləri məhdudlaşdırdığını və yalnız bir seçim (hər tərəfli müqavimət) qoyduğunu söylədi. "Biz raketə raketlə, atəşə atəşlə cavab verəcəyik", -deyə o qeyd edib. Daha sonra Əl-Haya, fələstinlilərin “normallaşma” ssenarisinə və "əsrin müqaviəsinə" qarşı birləşəcəyini bildirib. Əl-Haya, Fələstin xalqının və onun silahlarının bir olduğunu və bunun böhranların Fələstin xalqını birləşdirməsini sübut etdiyini vurğuladı. Daha sonra o, digər ölkələrə sionist rejimlə güzəştə getmək barədə xəbərdarlıq etdi və sionist təcavüzünə qarşı hərtərəfli müqavimət göstərmək qərarının qüvvədə qaldığını vurğuladı.


Story Code: 881473

News Link :
https://www.islamtimes.org/az/news/881473/həmas-raketə-raketlə-atəşə-atəşlə-cavab-verəcəyik

Islam Times
  https://www.islamtimes.org