QR CodeQR Code

Pakistandan bu ölkəyə MESAJ: “Son qanlı müharibəniz olacaq”

22 Aug 2020 13:03

İslamTimes: Pakistan Hindistanın bölgədəki təxribatlarından sonra xəbərdarlıq mesajı verib.


Publika.az xəbər verir ki, Pakistanın Dəmir Yolları naziri Şeyx Rəşid Əhməd Hindistanla müharibənin son qanlı müharibə olacağını söyləyib.

"Silahlarımız Hindistanda müsəlmanların yaşamadığı bölgələri hədəfə almaq qabiliyyətinə sahibdir", - deyə o qeyd edib.

Ş.R.Əhməd əvvəllər də hücum edəcəkləri halda, Pakistan və Hindistan sərhədindən 1860 kilometr məsafədə yerləşən Assam əyalətinə zərbələr vura biləcəklərini açıqlamışdı.

Qeyd edək ki, Kəşmir böhranının davam etdiyi bir zamanda Hindistan rəhbərliyi bölgədə yaşayanları sadəcə müsəlman olduqlarına görə "terrorçu" adlandırır.


Story Code: 881839

News Link :
https://www.islamtimes.org/az/news/881839/pakistandan-bu-ölkəyə-mesaj-son-qanlı-müharibəniz-olacaq

Islam Times
  https://www.islamtimes.org