0
Saturday 22 August 2020 - 13:33

Ramiz Mehdiyev də cəzalandırıldımı?

Story Code : 881845
Ramiz Mehdiyev də cəzalandırıldımı?
Son günlərdə bütün Azərbaycanda müzakirə olunan məmurların övladlarına toy etməsi məsələsinə xalqın etirazlarından sonra dövlət də münasibət bildirib. 

İlk ncə Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov Ramiz Mehdiyevin də iştirak etdiyi toyu "toplantı" adlandıraraq mövzunu ört-bastır etməyə çalışıb. Amma etirazların daha da çoxalması buna imkan verməyib.

Bundan sonra Operativ qərargahın tətbiq etdiyi karantin rejiminə əməl etməyən, üstəlik "Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etmişəm, əcəb etmişəm" söyləyən Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzova sadəcə töhmət verilib! Sıravi vətəndaşlar bir yığıncaqda iştirak etdikdən sonra kütləvi şəkildə polis bölməsinə gətirildiyi halda nə üçün dövləti ən üst səviyyədə təmsil etdiyi halda elə həmin dövlətin ciddi xəbərdarlıqlarına əməl etməyən rəsmiyə sadəcə töhmət verilir? Bundan əlavə toyda təkcə Siyavuş Novruzov və bəylə, gəlinin atası iştirak etməyib ki, təkcə onlar cəzalandırılsın. Toyda digər dövlət məmurları da olub. Ən əsası Ramiz Mehdiyevə qarşı hər hansı cəza verilməsi ilə bağlı hələ ki, bir xəbər yoxdur!

Qeyd edək ki, görüntülərdə Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə “tost” da deyib. 
Source : IslamTimes