0
Saturday 22 August 2020 - 14:45

İşğalçı İsrail rejiminin artilleriyası Qəzzada HƏMAS mövqelərinə hücum etdi

Story Code : 881863
İşğalçı İsrail rejiminin artilleriyası Qəzzada HƏMAS mövqelərinə hücum etdi
Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, səhərin sübh saatlarda işğalçı İsrail rejiminin artilleriyası Rifah və Xan Yunis əyalətlərində “Həma Əl-Tağhur" (Əl-Qassamla əlaqəli olan sərhəd dəstələri) adlı iki müşahidə postunu vurub.

Verilən məlumata görə, artilleriya hücumu itkilərə səbəb olmasa da, maddi ziyanlarla nəticələnib.

Dünən (21 avqust) gecə xəbər mənbələri Qəzza ətrafındakı sionist yaşayış məntəqələrinə ən azı iki raket atıldığını bildirmişdi.

İşğalçı İsrail rejiminin ordusunun ərəbdilli sözçüsü Avıxai Adri Qəzzadan atılan bir raketin Qəzza və Sderot şəhərinin ətrafındakı ərazilərdə həyəcan siqnallarından sonra müşahidə olunduğunu və raketdən müdafiə sistemi tərəfindən vurulduğunu iddia etmişdi.

Sionist rejim Misirin və bəzi digər tərəflərin vasitəçiliyi ilə əldə edilmiş razılaşmalara əməl etmir və bu da Fələstin müqavimətinin etirazına səbəb olur.