0
Saturday 22 August 2020 - 21:11

Washington Post: ABŞ-da olan sənədlər Bin Salmana problem yarada bilər

Story Code : 881927
Washington Post: ABŞ-da olan sənədlər Bin Salmana problem yarada bilər
Washington Post qəzeti bu gün dərc etdiyi məqalədə Trampın ABŞ Konqresi üçün problem yarada biləcək qanun pozuntularından yazıb. Qəzet bildirib ki, Donald Tramp tanınmış jurnalist Camal Qaşıqçının qatili kimi tanınan Səudiyyə Şahzadəsi Məhəmməd Bin Salmanı himayə edərək həqiqətləri ört-bastır etməyə çalışır. Tramp dövləti Camal Qaşıqçının qətlə yetirilməsində iştirak edən Səudiyyə rəsmilərinin adlarını gizlədərək, Səudiyyə Şahzadəsinə "xidmət" etməyə çalışır.

Camal Qaşıqçının 2018-ci ildə Ərəbistanın İstanbuldakı Konsulluq idarəsində qətlə yetirilməsindən bu günədək Konqres Tramp dövlətindən dəfələrlə bu mövzu ilə bağlı sənədləri təqdim etməyi istəyib. Amma Tramp hər dəfə bir bəhanə ilə Konqresin bu istəyini geri çevirib və ya təxirə salıb.

ABŞ-da həm demokratlar, həm də respublikaçılar Məhəmməd Bin Salman və cinayətdə əli olan digər şəxslərin mühakimə edilməsini istəsə də Tramp Səudiyyə vəliəhdini qorumaqda israrlı görünür. 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi belə Camal Qaşıqçının Məhəmməd Bin Salmanın sifarişi ilə öldürüldüyü ehtimalının olduqca yüksək olduğunu bildirib. BMT-nin terror əməliyyatları üzrə xüsusi məruzəçisi Aqnes Kalamard da Camal Qaşıqçının qətlində Məhəmməd Bin Salmanın 1 nömrəli şübhəli olduğunu söyləyib. Bütün bunlara baxmayaraq Donald Tramp məntəqədəki əsas əlaltısı olan Səudiyyə şahzadəsini qorumağa davam edir!
 
Source : IslamTimes