0
Saturday 22 August 2020 - 22:01

Pompeo ABŞ-dan üz döndərən müttəfiqlərinə hədə-qorxu gəldi

Story Code : 881930
Pompeo ABŞ-dan üz döndərən müttəfiqlərinə hədə-qorxu gəldi
ABŞ dövlət katibi Mayk Pompeo əsassız çıxışlarının davamında bir daha İranın nə qədər təhlükəli ola biləcəyi haqda danışıb. O deyib ki, İranla qonşu olan ölkələr bu ölkənin silah embarqosundan azad olandan sonra nə qədər təhlükəli ola biləcəyini hər kəsdən daha yaxşı anlayır.

Pompeo deyib: "İrana qarşı silah embarqosu aradan qalxarsa bu ölkənin dağıdıcı təsirləri daha da arta bilər. Dünya ölkələri, xüsusi ilə bizim Təhlükəsizlik Şurasındakı Avropalı dostlarımız tətik mexanizmi ilə bağlı açıqlamalarında diqqətli olmalıdır!"

ABŞ cümə axşamı günü tətik mexanizmini işə saldığını bildirdikdən sonra, bu ölkənin müttəfiqləri belə rəsmi Vaşinqtonu tənqid edərək, uyğun qərarın işə yaramayacağını bildiriblər. Pompeo isə israrla deyib ki, ABŞ İranla 5+1 arasında razılaşmanı tərk etmiş olsa belə, razılaşmanın ilk mərhələsində müzakirə tərəflərindən olub, bu səbəbdən tətik mexanizmini işə sala bilər.

Çin, Rusiya və Avropa ölkələri isə rəsmi Vaşinqtonun bu addımının qanunsuz olduğunu bildirib.

Pompeo xüsusi bir toplantıda ABŞ müttəfiqlərinin tətik mexanizmi ilə bağlı ABŞ-ı dəstəklədiklərini, sadəcə ehtiyat etdiklərindən bunu aşkar şəkildə elan etmədiklərini iddia edib. Amma onun bu açıqlamasından sonra Fransa, Almaniya və İngiltərə kimi Avropa ölkələri müştərək bir bəyanatla bildiriblər ki, ABŞ 2018-ci ildə İranla imzalanan HBFP razılaşmasını birtərəfli şəkildə tərk etdiyi üçün bu ölkənin tətik mexanizmi ilə bağlı qərar vermək hüququ yoxdur!
Source : IslamTimes