QR CodeQR Code

Dehlidən baxış: ABŞ-ın S-400 hədəsi özünə ziyan verəcək

23 Aug 2020 02:18

İslamTimes: ABŞ-ın S-400 sistemləri ilə bağlı mövqeyi yalnız özlərinə zərər verir.


Axar.az xəbər verir ki, bunu hindli hərbi ekspert Amid Kovşiş deyib.

O bildirib ki, Hindistana sanksiya tətbiq edilməsi ABŞ-ın maraqlarına zərər verəcək:

“Hindistan bu gün ABŞ üçün ən böyük bazarlardan biridir. İki ölkə arasında demək olar ki, bütün əlaqələr müdafiə ticarəti üzərində qurulub. Əgər Tramp administrasiyası sanksiyalara davam edərsə, Hindistan ABŞ-dan hərbi avadanlıqlar almayacaq”.

Qeyd edək ki, Hindistan S-400 zenit raket kompleks sistemlərini satın almaq üçün Rusiya ilə 5,43 milyard dollarlıq müqavilə imzalayıb. ABŞ isə Hindistanı anlaşmadan imtina etməsi üçün sanksiyalarla təhdid edir.


Story Code: 881957

News Link :
https://www.islamtimes.org/az/news/881957/dehlidən-baxış-abş-ın-s-400-hədəsi-özünə-ziyan-verəcək

Islam Times
  https://www.islamtimes.org