0
Monday 24 August 2020 - 09:44

Hadi Rəcəblinin "nəvə toyu" yenidən gündəmdə

Story Code : 882123
Hadi Rəcəblinin "nəvə toyu" yenidən gündəmdə
Axar.az xəbər verir ki, sosial şəbəkələrdə nikah mərasimindən görüntülər paylaşılıb və bunun Hadı Rəcəblinin nəvəsinə aid toy mərasimindən çəkildiyi, mərasimin isə “Sea Breeze” restoranında təşkil edildiyi qeyd edilib.

Xatırladaq ki, bir neçə gün öncə bu haqda yayılan məlumatı xalq artisti Emin Ağalarov təkzib etmiş və xəbəri "feyk informasiya" adlandırmışdı.

“Mətbuatda belə bir məlumat yayılıb ki, bizim məkanda (Sea Breeze) toy mərasimi keçirilib. Karantin şərtlərini nəzərə alaraq restoranın terrasında cəmi 6 nəfər yerləşə bilər. Həmçinin karantinə görə yalnız çimərlik işləyir və hovuzlarımız açıq deyil. “Sea Breeze” restoranında toy mərasimi keçirilməyib", - xalq artisti sosial şəbəkə hesabında yazmışdı.