0
Monday 24 August 2020 - 08:51

78 yaşlı Baydenin cavabı: 8 il prezident ola bilərəm

Story Code : 882126
78 yaşlı Baydenin cavabı: 8 il prezident ola bilərəm
Axar.az xəbər verir ki, bu sözləri ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Co Bayden deyib.

“Məncə, 70 yaşdan yuxarı hər kəsə sağlam və hazırlıqlı olub-olmaması ilə bağlı sual vermək keçərlidir. Lakin mən amerikalılara yalnız bunu deyə bilərəm: Siz görəcəksiniz”, - deyə namizəd bildirib.

O, 8 il müddətinə prezidentlik postunu icra etməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, 78 yaşlı Baydenin səhhətində problemlər olduğu haqda məlumat yayılmışdı.