0
Monday 24 August 2020 - 11:03

Mayk Pompeo işğal altındakı Fələstin torpaqlarına səfər edib

Story Code : 882139
Mayk Pompeo işğal altındakı Fələstin torpaqlarına səfər edib
APA-nın "Times of Israel"ə istinadən verdiyi xəbərə görə, Mayk Pompeo səfər çərçivəsində bu gün səhər işğal altındakı Fələstin torpaqlarına gəlib.

ABŞ Dövlət katibi bu gün işğalçı İsrailin Baş naziri Benyamin Netanyahu, Müdafiə naziri Benni Qantz, Xarici İşlər naziri Qabi Aşkenazi ilə görüşlər keçirəcək.

Görüşlərdə sionist rejimlə BƏƏ arasında, o cümlədən Ərəb ölkələri ilə əlaqlərin normallaşması istiqamətində və İrana qarşı beynəlxalq sanksiyaların bərpası istiqamətində səylər müzakirə olunacaq.

Regiona səfəri çərçivəsində Mayk Pompeonun Qətər, BƏƏ, Oman, Bəhreyn və Sudana səfəri gözlənilir.