QR CodeQR Code

Şoyqudan ermənilərə dost mesajı: “Ulu babalarımızın xatirəsini yaşadaq”

24 Aug 2020 12:39

İslamTimes: Sentyabrın əvvəlində Moskvada MDB, Şanxay Əməkdaşlıq Təşkilatı və KTMT ölkələrinin müdafiə qurumlarının rəhbərlərinin birgə iclası keçiriləcək.


Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu erməni həmkarı David Tonoyanla “Ordu-2020” Beynəlxalq Hərbi-Texniki Forumu çərçivəsində keçirdiyi görüşdə deyib.

Onun sözlərinə görə, iki ölkə arasında hərbi əməkdaşlıq həm ikitərəfli formatda, həm də beynəlxalq strukturlar, ilk növbədə KTMT çərçivəsində inkişaf edir.

O, Tonoyanı sentyabrın əvvəlində Moskvada MDB üzvü olan dövlətlərin, ŞƏT və KTMT üzvü olan ölkələrin müdafiə qurumlarının rəhbərlərinin birgə iclasına dəvət edib.

Şoyqu iyunun 24-də Qırmızı Meydanda Qələbə Paradında erməni hərbçilərinin iştirak etdiyinə görə həmkarına təşəkkür edib.

Sergey Şoyqu görüşdə işğalçı ölkə ilə Rusiya arasındakı münasibətlərdən məmnunluğunu ifadə edərək, erməni xalqına “dostluq mesajı” göndərməyi də unutmayıb.

Rusiya müdafiə nazirinin sözlərinə görə, dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri nəsillərdən-nəsillərə ulu babaların böyük işlərinin xatirəsi kimi ötürülməlidir və hər il möhkəmlənməlidir.


Story Code: 882171

News Link :
https://www.islamtimes.org/az/news/882171/şoyqudan-ermənilərə-dost-mesajı-ulu-babalarımızın-xatirəsini-yaşadaq

Islam Times
  https://www.islamtimes.org