QR CodeQR Code

Şok iddia: BƏƏ İsrail rəsmiləri ilə görüşdən imtina edib

IslamTimes , 25 Aug 2020 00:00

İslamTimes: İsrail KİV-i BƏƏ-nin sionist rejim rəsmiləri ilə görüşü İsrail baş nazirinin F-35 qırıcıları ilə bağlı söylədikləri səbəbindən ləğv etdiyini yazıb


Sionist rejim mediası Birləşmiş Ərəb Əmirliyinin İsrail rəsmilərinin son açıqlamaları səbəbindən gözlənilməz bir qərar qəbul etdiyi barədə xəbər yayıb. İşğalçı İsrailin "Yedioth Ahronoth" qəzeti sionist rejim rəsmilərinə istinadən bildirib ki, BƏƏ Benyamin Netanyahunun F-35 qırıcılarının satın alınması ilə bağlı açıqlamaları səbəbindən cümə gününə planlaşdırılan görüşü təxirə salıb. Cümə günü BƏƏ, ABŞ və İsrail rejiminin rəsmi nümayəndələri arasında görüş keçirilməsi nəzərdə tutulurdu.

"Arab48" informasiya agentliyi də bu haqda xəbər verərək informasiyanın 3 yüksəkrütbəli sionist rəsmisi tərəfindən təsdiqləndiyini bildirib.

Daha öncə "Yedioth Ahronoth" qəzeti BƏƏ-İsrail münasibətlərinin normallaşdırılması müqabilində ABŞ-ın BƏƏ-yə F-35 qırıcıları satacağını yazmışdı. Amma bu xəbərdən bir neçə saat sonra Benyamin Netanyahu və digər bir neçə İsrail rəsmisi İsrailin məntəqədə "hava üstünlüyünü" qorumaq üçün BƏƏ-yə F-35 qırıcıları satılmasına razılıq verməyəcəyini bildirib.


Story Code: 882273

News Link :
https://www.islamtimes.org/az/news/882273/şok-iddia-bəə-israil-rəsmiləri-ilə-görüşdən-imtina-edib

Islam Times
  https://www.islamtimes.org