0
Tuesday 25 August 2020 - 00:00

Şok iddia: BƏƏ İsrail rəsmiləri ilə görüşdən imtina edib

Story Code : 882273
Şok iddia: BƏƏ İsrail rəsmiləri ilə görüşdən imtina edib
Sionist rejim mediası Birləşmiş Ərəb Əmirliyinin İsrail rəsmilərinin son açıqlamaları səbəbindən gözlənilməz bir qərar qəbul etdiyi barədə xəbər yayıb. İşğalçı İsrailin "Yedioth Ahronoth" qəzeti sionist rejim rəsmilərinə istinadən bildirib ki, BƏƏ Benyamin Netanyahunun F-35 qırıcılarının satın alınması ilə bağlı açıqlamaları səbəbindən cümə gününə planlaşdırılan görüşü təxirə salıb. Cümə günü BƏƏ, ABŞ və İsrail rejiminin rəsmi nümayəndələri arasında görüş keçirilməsi nəzərdə tutulurdu.

"Arab48" informasiya agentliyi də bu haqda xəbər verərək informasiyanın 3 yüksəkrütbəli sionist rəsmisi tərəfindən təsdiqləndiyini bildirib.

Daha öncə "Yedioth Ahronoth" qəzeti BƏƏ-İsrail münasibətlərinin normallaşdırılması müqabilində ABŞ-ın BƏƏ-yə F-35 qırıcıları satacağını yazmışdı. Amma bu xəbərdən bir neçə saat sonra Benyamin Netanyahu və digər bir neçə İsrail rəsmisi İsrailin məntəqədə "hava üstünlüyünü" qorumaq üçün BƏƏ-yə F-35 qırıcıları satılmasına razılıq verməyəcəyini bildirib.
Source : IslamTimes