0
Tuesday 25 August 2020 - 01:12

Çin: ABŞ-ın yalan səbəbləri BMT TŞ-nın qətiyyətli cavabına səbəb oldu

Story Code : 882274
Çin: ABŞ-ın yalan səbəbləri BMT TŞ-nın qətiyyətli cavabına səbəb oldu
Çin Xarici İşlər Nazirliyi "Twitter" vasitəsi ilə bildirib: "BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü İrana qarşı sanksiyaların bərpa olunmasına qarşıdır. Pompeo Amerikanın müttəfiqlərinin qərarını "dərk olunmayan addım" adlandırıb və hətta tətik mexanizminə qarşı çıxanları sanksiya ilə hədələyib. Tutarlı bir səbəb geniş, həqiqətləri əks etdirməyən səbəb isə kiçik dəstəklə nəticələnir!"

Ötən cümə axşamı ABŞ dövlət katibi Mayk Pompeo BMT baş katibi Antonio Quterrezə bir məktub ünvanlayıb. Bu məktubda İrana qarşı Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində göstərilən tətik mexanizminin işə salınması barədə çağırış edilir. Ölkəsi İranla 5+1 arasındakı razılaşmanı tərk etmiş və Qərbli müttəfiqlərinin də bildirdiyi kimi bu məsələdə İrana qarşı tədbir görmək haqqı olmayan ABŞ-ın dövlət katibi Tehranı nüvə razılaşmasını pozmaqda günahlandırıb və tətik mexanizminin işə salınmasını istəyib.

Tətik mexanizmi işə salınacağı təqdirdə İrana qarşı sanksiyalar 30 gün ərzində avtomatik şəkildə bərpa oluna bilər.

Reuters-in məlumatına görə, Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin əksəri ABŞ-ın İran əleyhinə bu qərarlarına qarşıdır.
Source : IslamTimes