0
Tuesday 25 August 2020 - 08:07

Türkiyə Rusiyaya sanksiyalara qoşulmaqdan imtina edib

Story Code : 882311
Türkiyə Rusiyaya sanksiyalara qoşulmaqdan imtina edib
APA xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin yaydığı bəyanatda deyilir.

“Namizəd ölkələr Monteneqro və Albaniya, Avropa azad ticarət bölgəsinin üzvləri – Norveç və İslandiya, həmçinin Ukrayna və Gürcüstan Avropa Şurasının sanksiyaların müddətinin 18 iyun 2020-ci il tarixindən 23 iyun 2021-ci ilə qədər uzadılması ilə bağlı qərarına qoşulduqlarını bildiriblər”, - bəyanatda belə deyilir.

Bu altı ölkə Avropanın Rusiyaya qarşı sanksiya rejiminə yarandığı 2014-cü ildən qoşulub və sanksiyaların hər dəfə uzadılması qərarını bir daha təsdiqləyirlər. Aİ əvvəlcə azı daha bir namizəd ölkənin – Türkiyənin də sanksiya rejiminə qoşulacağına ümid edirdi, ancaq Ankara bundan dərhal imtina edib.