0
Tuesday 25 August 2020 - 11:52

“Ərdoğansız heç nə edə bilmirlər” – Kalından şok sözlər

Story Code : 882338
“Ərdoğansız heç nə edə bilmirlər” – Kalından şok sözlər
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

“Prezidentimizin Amerika seçkilərinin gündəmində olması son illərdə tez-tez gördüyümüz bir tendensiyanı təsdiqləyir. Demək olar ki, Amerika siyasəti Ərdoğansız heç nə edə bilmir. Buna bənzər durumları Almaniya, Fransa və Avstraliya seçkilərində də görümüşük. Bu, Türkiyə və Ərdoğanın gözardı edilməyən bir oyunçu olduğunu təsdiq edir. ABŞ-da kim seçilir-seçilsin, Amerika və Türkiyə arasında iki əsas fundamental məsələ var: Birincisi, ABŞ-ın Suriyada PYD/YPG-yə dəstək verməsi; İkincisi, FETÖ məsələsində lazımi addımı atmaması. Bunlar bizim üçün təhlükəsizlik məsələsidir”, - Kalın bildirib.