QR CodeQR Code

“Ərdoğansız heç nə edə bilmirlər” – Kalından şok sözlər

25 Aug 2020 11:52

İslamTimes: “ABŞ siyasəti Ərdoğansız heç nə edə bilmir”.


Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

“Prezidentimizin Amerika seçkilərinin gündəmində olması son illərdə tez-tez gördüyümüz bir tendensiyanı təsdiqləyir. Demək olar ki, Amerika siyasəti Ərdoğansız heç nə edə bilmir. Buna bənzər durumları Almaniya, Fransa və Avstraliya seçkilərində də görümüşük. Bu, Türkiyə və Ərdoğanın gözardı edilməyən bir oyunçu olduğunu təsdiq edir. ABŞ-da kim seçilir-seçilsin, Amerika və Türkiyə arasında iki əsas fundamental məsələ var: Birincisi, ABŞ-ın Suriyada PYD/YPG-yə dəstək verməsi; İkincisi, FETÖ məsələsində lazımi addımı atmaması. Bunlar bizim üçün təhlükəsizlik məsələsidir”, - Kalın bildirib.


Story Code: 882338

News Link :
https://www.islamtimes.org/az/news/882338/ərdoğansız-heç-nə-edə-bilmirlər-kalından-şok-sözlər

Islam Times
  https://www.islamtimes.org