QR CodeQR Code

BƏƏ-nin İsrail ilə münasibətləri səbəbindən Əl-Kazimi bu ölkəyə səfərini ləğv edə bilər

IslamTimes , 25 Aug 2020 15:17

İslamTimes: Vaşinqtona rəsmi səfərdən yenicə geri dönən Mustafa əl-Kazimi bu gün İordaniyaya yola düşüb.


Vaşinqtona rəsmi səfərdən yenicə geri dönən İraq baş naziri Mustafa əl-Kazimi bu gün İordaniyaya yola düşüb. Əl-Kaziminin İordaniyadan sonra BƏƏ-yə planlaşdırılan növbəti səfərinin təxirə salına biləcəyi bildirilir. Bu qərara səbəb isə BƏƏ-nin işğalçı İsrail rejimi ilə münasibətləri normallaşdırmaq qərarıdır.

"The New Arab" informasiya agentliyi İraq rəsmilərinə istinadən xəbər verir ki, Əl-Kazimi İraq siyasətçiləri və xalqın narazılığına səbəb olmamaq üçün BƏƏ-yə planlaşdırılan səfərini təxirə salmağı düşünür. İordaniya səfərindən sonrakı növbəti məqsəd olan BƏƏ rəsmiləri ilə görüş bu ölkənin İsrail ilə rabitəsinə görə İraqda yanlış anlaşılmaya səbəb ola bilər.

Qeyd edək ki, Əl-Kaziminin İordaniyaya bugünki səfəri baş nazir seçildikdən sonra ərəb ölkələrinə ilk səfəridir. O bundan öncə İran və Amerikada görüşlər keçirib. İraq baş nazirinin bu günki planında İraq, İordaniya və Misir rəsmiləri arasında 3 tərəfli görüş də yer alıb. Əl-Kazimi daha sonra Səudiyyə Ərəbistanına yollanmağı düşünür.

Adının açıqlanmasını istəməyən İraq rəsmilərindən biri bildirib ki, Əl-Kaziminin müşavirlərindən olan 3 nəfər bildirib ki, İraq xalqı və əksər dövlət rəsmiləri işğalçı İsraillə münasibətlər qurulmasına qarşı olduğundan baş nazir BƏƏ-yə səfər etməklə bağlı planını ləğv etməyi düşünür.


Story Code: 882382

News Link :
https://www.islamtimes.org/az/news/882382/bəə-nin-israil-ilə-münasibətləri-səbəbindən-əl-kazimi-bu-ölkəyə-səfərini-ləğv-edə-bilər

Islam Times
  https://www.islamtimes.org