0
Tuesday 25 August 2020 - 23:07

Mahmud Abbas Pompeonun Ramallahda görüş istəyini rədd etdi

Story Code : 882435
Mahmud Abbas Pompeonun Ramallahda görüş istəyini rədd etdi
Sionist rejimin "Israel Hayom" qəzeti bildirib ki, Yaxın Şərqə səfərlərinə başlayan ABŞ dövlət katibi Mayk Pompeo işğal altındakı Fələstin torpaqlarına daxil olub. 

Qəzet yazıb ki, Pompeonun Yaxın Şərq ölkələrinə səfərində məqsədi Fars körfəzi ölkələrindən birində "məntəqədə sülh toplantısı" təşkil etməkdir. 

Birləşmiş Ərəb Əmirliyindən olan bir rəsmi bildirib ki, bu toplantı ərəb ölkələri nümayəndələri və sionist rejimdən olan rəsmilərin iştirakı ilə baş tutmalıdır. Bəzi ölkələr bu toplantıda iştirak edəcəkləri ilə bağlı ABŞ-a söz veriblər.

"Raialyoum" qəzetinin verdiyi məlumata görə Bəhreyn, Oman, Mərakeş, Sudan və Çad ABŞ-ın toplantıda iştirak etmək dəvətinə müsbət cavab verib. Amma Pompeo səfərə başlamazdan öncə və hətta işğal olunmuş ərazilərə daxil olandan sonra dəfələrlə Fələstin dövləti rəhbəri Mahmud Abbasdan toplantıya qatılmasını istəyib. Pompeo Mahmud Abbası razı salmaq üçün şəxsən Ramallaha yollanmaq belə istəyib. Amma Mahmud Abbas təkidlə bildirib ki, Fələstin rəsmilərindən kimsə bu toplantıda iştirak etməyəcək.
Source : IslamTimes