0
Tuesday 25 August 2020 - 23:55

Fransa da ABŞ-ın İrana qarşı tətik mexanizminin təsirsiz olduğunu bildirdi

Story Code : 882437
Fransa da ABŞ-ın İrana qarşı tətik mexanizminin təsirsiz olduğunu bildirdi
Anna Gueguen deyib: "Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə əsasən, ABŞ Hərtərəfli Birgə Fəaliyyət Planı sazişinə üzv olan ölkələrdən sayılmır. Bu səbəbdən ABŞ-ın "tətik mexanizmi"nin işə salınması ilə bağlı bəyanatının heç bir təsiri yoxdur."

Fransanın BMT TŞ-dakı nümayəndəsi təkid edib ki, bir bəyanat "tətik mexanizmi"ni işə sala bilməz!

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya da ABŞ-ın ötən həftə elan etdiyi "tətik mexanizmi"nin fəal olunması bəyanatının Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olduğunu bildirib.

Çin də ABŞ-ın bəyanatının İrana qarşı sanksiyaların bərpa olunması anlamına gəlmədiyini bildirib.
Source : IslamTimes