0
Wednesday 26 August 2020 - 00:47

Türkiyə XİN Almaniyadan ədalətli olmağı tələb etdi

Story Code : 882442
Türkiyə XİN Almaniyadan ədalətli olmağı tələb etdi
Görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyəli nazir “Türkiyə Şərqi Aralıq Dənizi mövzusunda dialoqa hazırdır. Amma bunun üçün Türkiyəyə heç bir ölkə, özəlliklə Yunanıstan şərtlər qoya bilməz”, - deyə bildirib.  

Türkiyəli nazir deyib ki, Şərqi Aralıq dənizində gərginliyi yaradan Yunanıstandır: “Bunun üçün hazırda Avropa İttifaqına rəhbərlik edən Almaniyadan bu gərginliyi azaltmaq üçün ədalətli vasitəçi olmasını istəyirik”.  

Qeyd edək ki, bu gün səhər Yunanıstandan Türkiyəyə gəldiyini deyən H.Maas bildirib ki, hər iki ölkə arasında gərginliyin aradan qaldırılması üçün tərəflərlə ciddi görüşlər keçirilib.    

Almaniyalı nazir qeyd edib ki, hər iki tərəf - həm rəsmi Afina, həm də rəsmi Ankara dialoqa hazır olduğunu bildirsə də, tərəflər biri-birini günahlandırdığı üçün problemin həlli çətinləşir, amma buna baxmayaraq, bu gərginliyin hərb yolla yox, siyasi yolla həllinə nail olunacaq. /Eastnews/