QR CodeQR Code

Pekin: Pompeonun Çinlə bağlı açıqlamaları yalan və uydurmadan ibarətdir

IslamTimes , 26 Aug 2020 16:06

İslamTimes: Çin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lician ötən gün ABŞ dövlət katibi Mayk Pompeonun Çin və Kommunist Partiyası ilə bağlı söylədiklərini Soyuq Müharibə zehniyyətindən qaynaqlanan yalan adlandırıb.


Çinin Sinxua informasiya agentliyinin verdiyi xəbərə görə, Pompeo işğal altındakı Fələstinə səfəri zamanı Çin Kommunist Partiyasını dünya üçün bir problem kimi tanıtdırıb.

ABŞ-ın Şərqi Asiya ölkəsinə qarşı ittihamlarına münasibət bildirən Çin Xarici İşlər Nazirliyinin sözçüsü Pompe və ABŞ dövlətinin bir müddətdir öz mənafelərini təmin etmək məqsədi ilə Çini ittiham etdiyini və bu bu ölkəni dünyada dağıdıcı rol oynayan bir dövlət kimi tanıtdırmağa çalışdığını bildirib. Jao Lician Çin dövlətinin heç vaxt Pompeoya bu məqsədinə nail olmağa icazə verməyəcəyini bildirib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü, Çin mediasının daha öncə Pompeonun açıqlamalarını araşdıran məqalələr dərc edərək Çin haqqında söylənənlərin yalan olduğunu sübuta yetirdiyini bildirib. 

Jao Lician deyib: "Vaşinqton və Pekin arasındakı gərginlik və ABŞ-ın təxribatları Çin hökumətinin ABŞ-ın istədiyi yol ilə getmədiyindən baş vermiş ola bilər. Çin "kafir və ateist" olaraq xarakterizə olunur və Pekinə qarşı ideoloji müharibələr aparılır. Amma Çin daim dünyada və məntəqədə sülh üçün çalışıb. Hazırda ölkəyə rəhbərlik edənləri də Çin xalqı seçib və xalq bu gün də onları dəstəkləyir. Çini kontrol altına almaq və ya bu ölkədə hakimiyyətin dəyişdirilməsinə yönəlmiş təlaşlar məğlubiyyətlə üzləşəcək."


Story Code: 882578

News Link :
https://www.islamtimes.org/az/news/882578/pekin-pompeonun-çinlə-bağlı-açıqlamaları-yalan-və-uydurmadan-ibarətdir

Islam Times
  https://www.islamtimes.org