0
Wednesday 26 August 2020 - 17:27

Bin Salman Netanyahu ilə görüşmək fikrindən daşındı

Story Code : 882590
Bin Salman Netanyahu ilə görüşmək fikrindən daşındı
"Middle East Eye" xəbər saytının verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ-da işğalçı İsrail rejiminin baş naziri Benyamin Netanyahu ilə açıq görüş fikrindən daşınıb.

Xəbər saytının bildirdiyinə görə Məhəmməd bin Salman Benyamin Netanyahu ilə görüş məqsədi ilə 31 avqust tarixində ABŞ-a yollanmalı idi.

Məlumatlara görə Məhəmməd bin Salman görüşün detalları ilə bağlı məlumatların mediaya sızmış ola biləcəyini öyrəndikdən sonra bu görüşdən vaz keçib. O bu səfərinin bir kabusa çevrilməsindən qorxub.

"Middle East Eye" yazıb: "Bu görüşün baş tutmasına can atan ABŞ prezidenti Donald Tramp və onun kürəkəni Cared Kuşner Bin Salmanı gənc və konstruktiv ərəb rəhbəri kimi təqdim etməyə çalışır. 
Bin Salmanla Netanyahunun görüşü digər ölkələrin BƏƏ-İsrail razılaşmasına dəstəyinin artmasına da səbəb ola bilər. Bin Salmanın sionist baş nazirlə nəzərdə tutulan görüşü də İsraillə rabitələrin normallaşması fonunda planlaşdırılan səfərlərdən biridir."
Source : IslamTimes