0
Thursday 27 August 2020 - 07:53

Tramp xalqın üzərinə milli qvardiyaçıları göndərir

Story Code : 882678
Tramp xalqın üzərinə milli qvardiyaçıları göndərir
APA “TASS”-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp deyib.

“Biz Amerika küçələrində qarət, yanğın törətmə, zorakılıq və qanunsuzluğa yol verməyəcəyik. Mənim komandam federal dəstəyi qəbul etməyə razı olan Viskonsin ştatının qubernatoru Toni Everslə elə indicə telefon danışığını bitirdi... Qayda-qanunun təmin edilməsi üçün bu gün federal hüquq-mühafizə orqanlarını və milli qvardiyaçıları Viskonsin ştatının Kenoşa şəhərinə göndərəcəm”, deyə Tramp özünün “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, Amerikada həftələrdir polisin xüsusi ilə qaradərililərə qarşı vəhşiliklərinə görə geniş etiraz aksiyaları keçirilir.