QR CodeQR Code

Pentaqon və Rusiya MN Suriyada baş vermiş insidenti müzakirə ediblər

27 Aug 2020 09:10

İslamTimes: Pentaqon və Rusiya MN Suriyada iki ölkənin hərbçiləri arasında baş vermiş insidenti müzakirə ediblər


Rusiya ordusunun baş qərargah rəisi Valeri Gerasimov və ABŞ-ın qərargah rəisləri birləşmiş komitəsinin sədri general Mark Milli arasında telefon danışığı olub.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, tərəflər Suriyada iki ölkəyə aid hərbçilər arasında baş vermiş insidenti müzakirə ediblər.

“Əvvəlki təcrübəyə uyğun olaraq, hər iki tərəf təfərrüatları məxfi saxlamağa qərar veriblər”, - məlumatda belə deyilir.

Qeyd edək ki, bir qədər əvvəl yerli KİV-də Suriyanın şimal-şərqində Rusiya və ABŞ hərbçiləri arasında insident baş verdiyi və nəticədə bir neçə amerikalı əsgərin yaralandığı bildirilmişdi. Məlumatların müəllifləri Pentaqonun ictimailəşdirilməyən açıqlamasına istinad etmişdilər. Məlumata görə, Rusiya hərbçilərinin olduğu zirehli avtomobil koalisiyaya aid digər zirehli avtomobillə toqquşub və avtomobildə olan bir neçə amerikalı əsgər travma alıb. Bundan sonra ABŞ hərbçiləri ərazidən uzaqlaşıblar.

Bununla belə, rəsmi Moskva bu məlumatı rəsmi şəkildə təsdiqləməyib.


Story Code: 882685

News Link :
https://www.islamtimes.org/az/news/882685/pentaqon-və-rusiya-mn-suriyada-baş-vermiş-insidenti-müzakirə-ediblər

Islam Times
  https://www.islamtimes.org