QR CodeQR Code

Maykl Pens vitse-prezidentliyə namizəd kimi seçkilərdə iştiraka razılıq verib

27 Aug 2020 12:49

İslamTimes: Maykl Pens noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd kimi iştirakına rəsmi şəkildə razılıq verib.


APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə Maykl Pens Merilənd ştatının Baltimor şəhərində çıxışında deyib.

"Prezident Trampın mənə göstərdiyi etimada minnətdarlıq hissi, Respublikaçılar Partiyasının dəstəyi və Tanrının lütfü ilə ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizədliyimi irəli sürməyiniz barədə qərarınızı təvazökarlıqla qəbul edirəm", - deyə o bildirib.

Maykl Pens ölkəsinin hazırda sınaqlardan keçdiyini qeyd edib.

"2020-ci ildə amerikalılar çox sınaqdan keçdilər. Ancaq xoşbəxtlikdən çətin zamanlarda bizə dəstək olmaq əzmində olan enerjili, qərarlı Prezidentimiz var", - deyə Maykl Pens əlavə edib.


Story Code: 882759

News Link :
https://www.islamtimes.org/az/news/882759/maykl-pens-vitse-prezidentliyə-namizəd-kimi-seçkilərdə-iştiraka-razılıq-verib

Islam Times
  https://www.islamtimes.org