QR CodeQR Code

Türkiyə NATO-AB əməkdaşlığına mane olur - Stoltenberq

27 Aug 2020 14:30

İslamTimes: Türkiyə Liviya mövzusunda NATO-Avropa Birliyi (AB) əməkdaşlığına mane olur.


Axar.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

“Türkiyə BMT-nin Liviyaya silah embarqosunun yoxlanılması mövzusunda NATO-AB əməkdaşlığına mane olur. Türklər silah embarqosunu yoxlamaq üçün AB-nin dəniz əməliyyatı ilə NATO-nun Aralıq dənizindəki “Sea Guardian” (Dəniz Mühafizəçisi) missiyası arasındakı əməkdaşlığa qarşıdır. Vəziyyət belə olduqda NATO AB ilə əməkdaşlıq etmək üçün alternativ yollar axtarmağa davam edir”, - baş katib bildirib.

Qeyd edək ki, Türkiyə Avropa Birliyinin əməliyyatının Liviya Razılıq Hökumətinə zərər verdiyini bildirib və NATO-nun bu əməliyyata dəstək verməsinə qarşı çıxıb.


Story Code: 882760

News Link :
https://www.islamtimes.org/az/news/882760/türkiyə-nato-ab-əməkdaşlığına-mane-olur-stoltenberq

Islam Times
  https://www.islamtimes.org