QR CodeQR Code

İraq: "İsrail rejimi ilə münasibətlərin normallaşdırılması İraq üçün qadağandır"

27 Aug 2020 23:55

İslamTimes: İraqın Baş Nazirinin nümayəndəsi keçirilən mətbuat konfransında vurğulayıb ki, İsrail rejimi ilə münasibətlərin normallaşdırılması ölkə üçün qadağandır.


Əhməd Molla Talalın İsrail ilə münasibətlərinin İraq konstitusiyası prinsiplərinə əsasən qadağan edildiyini söyləyib: "Bəzi ölkələrin İsrail ilə münasibətləri daxili bir məsələdir. Baş Nazir Mustafa Kazimi Əmmanda İraq, İordaniya və Misirdə keçirilən üçtərəfli görüşdə Fələstin məsələsinin əhəmiyyətini vurğulayıb".   

İraq Baş Nazirinin rəsmi nümayəndəsi Ayətullah Sistaninin sağlamlıq protokollarına uyğun olaraq Məhərrəm matəminə dair mövqeyini də yüksək qiymətləndirib.   

Əhməd Molla Talal Hüseyni matəm mərasimində iştirak edənləri İraq Səhiyyə Nazirliyinin koronavirusla əlaqəli göstərişlərinə əməl etməyə və xəstəliyin yayılmasının qarşısını almağa çağırıb. /Eastnews/


Story Code: 882849

News Link :
https://www.islamtimes.org/az/news/882849/iraq-israil-rejimi-ilə-münasibətlərin-normallaşdırılması-üçün-qadağandır

Islam Times
  https://www.islamtimes.org