QR CodeQR Code

Sabiq rəsmilər də Trampdan üz döndərdi

IslamTimes , 28 Aug 2020 00:02

İslamTimes: Barak Obamadan sonra Corc Buşun dövlətində fəaliyyət göstərmiş rəsmilər seçkilərdə Co Baydeni dəstəkləyəcəklərini bildiriblər


"The Hell" informasiya agentliyinin verdiyi məlumata görə, Barak Obama dövlətindəki rəsmilərdən sonra, sabiq prezident Corc Buşun komandasında olan 20-dən çox siyasətçi də hazırkı prezident Donald Trampın rəqibi olan demokrat namizəd Co Baydeni dəstəklədiklərini bildiriblər.

"The Hell" yazıb ki, cümə axşamı günü 24 yüksəkməqamlı rəsmi Politika saytında yayımlanan bəyanatlarında açıq şəkildə Co Baydeni dəstəklədiklərini vurğulayıblar.

Buş administrasiyasının Ticarət naziri Karlos Qutierrezin də adı Baydeni dəstəkləyən rəsmilərin siyahısındadır.

Rəsmilərin bəyanatında deyilir: "Təcili şəkildə islahatlara başlayacaq və bizə yol göstərəcək birinə ehtiyacımız var. Ağ Evə kimlik, ləyaqət gətirmək üçün Co Baydenə ehtiyacımız var."


Story Code: 882850

News Link :
https://www.islamtimes.org/az/news/882850/sabiq-rəsmilər-də-trampdan-üz-döndərdi

Islam Times
  https://www.islamtimes.org