0
Friday 28 August 2020 - 10:52

Fransa İran və MAQATE arasındakı razılaşmanı alqışlayır

Story Code : 882904
Fransa İran və MAQATE arasındakı razılaşmanı alqışlayır
Fransa Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir: "İranın MAQATE müfəttişlərinə öz ərazisindəki iki obyektə girişi təmin edən qərarı doğru yolda atılmış bir addımdır."

İran İslam Respublikası və MAQATE 26 avqustda MAQATE baş direktoru Rafael Qrossinin İrana iki günlük səfərindən sonra ortaq bəyanat verib.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) və İran İslam Respublikası əməkdaşlıqlarını daha da gücləndirmək və hazırda İran tərəfindən müvəqqəti olaraq icra edilən 16 yanvar 2016-cı il tarixli müqaviləni təkmilləşdirmək üçün razılığa gəliblər.

Qeyd edək ki, rəsmi Tehran bu addımla bir daha ABŞ-ın "İran nüvə silahı hazırlayır" iddialarının nə qədər yalan olduğunu sübuta yetirmiş olub.
Source : IslamTimes